O, köşə yazarlığı ilə bərabər təzəlikcə mahnı oxumağa da başlayıb. Ayşe Özyılmazel jurnala müsahibəsində bildirib ki, həm müğənniliyi, həm də qəzetçiliyi sevir: “Mahnı oxumaqdan böyük zövq alıram. Qəzetçiliyi də sevirəm. Amma yazdığınız bir yazını hər gün oxuya bilməzsiniz. Ona görə də musiqi mənim üçün daha üstündür”.
Qəzetçi-müğənni bildirib ki, 3,5 ildir tənhadır: “Əksiklik hiss etmirəm. Görünür, həyatıma yeni bir kişi qəbul etməyə hazır deyiləm. Xasiyyətim bir qədər fərqlidir. Məsələn, gecə saat 2-də oyanıb mahnı oxuya bilərəm. Mənimlə birlikdə olan adam dəli olmalıdır. Üstəlik, ətrafımdakı kişilərin hamısı bir-birinə o qədər çox bənzəyir ki, darıxıram”.