Kəmaləddin Heydərov hadisə yerinə gedib

Kəmaləddin Heydərov hadisə yerinə gedib
13:05 09.08.2011
1577
Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı məlumat verib. Qeyd edək ki, ilkin məlumatlara görə, baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində 8 maşın – “İkarus” markalı avtobus, 1 benzindaşıyan maşın, treyler, “Akkord” şirkətinə məxsus yük maşını, “Qazel” markalı maşın, 3 minik maşını, böyük sahədə otlaq sahəsi yanıb.

İlkin versiyaya görə, yanğına maye qaz daşıyan avtomobildə partlayışın baş verməsi səbəb olub. Yaxınlığında partlayış baş verən benzindoldurma məntəqəsi zərər çəkməyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar, Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən vertolyotu cəlb edilib.

Hazırda yanğın tam söndürülüb. Baş verən hadisə ilə bağlı Bakı-Qazax yolunda avtomobillərin hərəkəti dayandırılıb.


OXŞAR XƏBƏRLƏR