Kabardin-Balkarda terror aktının qarşısı alınıb

DÜNYA
20:00 05.09.2013
1124
Kabardin-Balkar respublikasında terror aktları törətməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib. Rusiyanın Birinci kanalının məlumatına görə, Federal Təhlükəsizlik Xidməti Kaxun kəndi ərazisində silahlı qruplaşma üzvlərinin gizləndiyi barədə məlumat alıb və həmin ərazidə yaraqlıları mühasirəyə alıb. Qruplaşma üzvləri təslim olmaq əmrinə atəş açmaqla cavab veriblər, nəticədə atışma başlayıb.Zərərsizlişdirilənlər arasında qruplaşma liderinin də olduğu bildirilir, lakin onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.Rusiya Milli Anti-Terror Komitəsindən bildirilib ki, xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər xəsarət almayıb.

OXŞAR XƏBƏRLƏR