Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib

Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
DÜNYA
23:29 09.10.2025
561
Əfqanıstanın paytaxtı Kabildə iki güclü partlayış olub, daha sonra isə şəhərdə atışma səsləri eşidilib.

Şahidlərin dediyinə görə, partlayışlar şəhərin şərq hissəsindən, 8-ci rayonun ətrafından gəlir.

Bəzi sosial media istifadəçiləri şəhərin üzərindən təyyarələrin uçduğunu yazır və hava hücumları ilə bağlı fərziyyələr səsləndirirlər.

Taliban sözçüsü Zabihullah Mücahid də partlayışın baş verdiyini təsdiqləyib, lakin vətəndaşları sakit olmağa çağırıb. O ictimaiyyəti narahatlığa səbəb olmadığına əmin edib.

Mücahid araşdırmanın aparıldığını və hələlik dəyən ziyanla bağlı məlumatların daxil olmadığını bildirib.

Əfqanıstan hökuməti hələlik partlayışın mahiyyəti ilə bağlı açıqlama verməyib.
 
/APA

OXŞAR XƏBƏRLƏR