Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər həlak olub, 27 nəfər yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Abdulmetin Kani, Kabildə baş verən yol qəzası ilə bağlı açıqlama verib.
Kani bildirib ki, hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb. Qəza nəticəsində 25 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə yaralandığı qeyd olunub.
O, qəzanın sürücünün səhlənkarlığı səbəbindən baş verdiyini vurğulayıb.
Aynurə