Kadini "Qarabağ"da bu futbolçu əvəzləyə bilər - Klubu ona görə 1 milyon 500 min avro tələb edir

İDMAN
23:29 25.12.2022
609

Ağdamın "Qarabağ" klubu Rusiyanın "Krasnodar" klubuna transfer ediləcəyi deyilən Kadi Borqesə əvəz axtarır. 

Bu mövqeyə ən real namizədin Portuqaliyanın "Tandelo" klubunun kabo-verdeli vingeri Telmo Arkanyo olduğu bildirilir. Artıq Portuqaliya mətbuatı 21 yaşlı futbolçuya "Qarabağ" tərəfindən maraq olduğunu yazır. Klubla müqaviləsi 2023-ün iyun ayındək olan futbolçunun 1 milyon 500 min avroya satıla biləcəyini bildirib. Baxmayaraq ki, Almaniyanın nüfuzlu transfermarket portalı futbolçunun dəyərinin 300 min avro olduğunu yazır.

Qeyd edək ki, 21 yaşlı Telmo Arkanyo ölkəsinin milli komandasında debüt də edib. O, 2021-ci ilin iyun ayının 8-də Seneqalla qarşılaşmada meydana çıxıb. Futbolçu Lissabonun "Sportinq" klubunun yetirməsi sayılır. Telmo "Tondelo" ilə peşəkar müqavilə bağlayanadək "Belenenseş" və "Tondelo"nun gənclər komandasının şərəfini qoruyub. Klubunun tam adı Telmo Emanuel Qomeş Arkanyo olan futbolçu üçün 1 milyon 500 min avro pul istəməsi isə qəribə görünür. Belə ki, Futbolçu qışda transfer olunmasa iyun ayında "azad agent" statusu qazana bilər. Bundan sonra futbolçunun istədiyi kluba keçmək hüququ yaranır.

Xatırladaq ki, bu gün yayılan xəbərlərdə Rusiyanın "Krasnodar" klubunun Kadi Borqesi heyətinə qatacağı ilə bağlı xəbərlər yayılıb. Rusiya təmsilçisinin "Qarabağ"ın ulduzuna görə, qarşı tərəfə 5 milyon avro ödəyəcəyi iddia olunur. 
OXŞAR XƏBƏRLƏR