Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi
DÜNYA
19:48 26.06.2026
354
Türk kinosunun ustad sənətkarı Kadir İnanır müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

AZXEBER.COM bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.

Bir müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparan İnanır 14 may tarixində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya çatdırılıb və ağciyərindəki infeksiya səbəbindən reanimasiyaya yerləşdirilmişdi.

Mayın 22-də vəziyyətinin ağırlaşması nəticəsində süni nəfəs aparatına qoşulan ustad aktyor həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını itirib.
OXŞAR XƏBƏRLƏR