Tayson-Meyvezer döyüşü bu tarixdə keçiriləcək

Tayson-Meyvezer döyüşü bu tarixdə keçiriləcək
İDMAN
18:53 26.06.2026
1009
"Amerikalı əfsanəvi boksçular Mayk Tayson və Floyd Meyvezer arasında gözlənilən nümayiş matçı sentyabrın sonunda baş tuta bilər”.

Bu barədə məlumatı "CSI Sports” promouter şirkətinin hüquqşünası Cad Bernşteyn açıqlayıb.

Məlumata görə, "CSI Sports” şirkəti Meyvezerə qarşı rəsmi müqavilə şərtlərini pozduğu üçün Nyu-Yorkda məhkəmə iddiası qaldırıb. Şirkət rəsmiləri iddia edirlər ki, Floyd Meyvezerə Mayk Tayson və Menni Pakyao ilə keçiriləcək döyüşlərin təşkilində eksklüziv promouter hüququ qazanmaq üçün öncədən 4,65 milyon dollar avans ödənilib. Lakin buna baxmayaraq, boksçunun iyunun 27-də Afinada məşhur yunan kikboksçusu Mayk Zambidis ilə nümayiş matçına çıxacağını elan etməsi müqavilənin kobud şəkildə pozulması kimi dəyərləndirilib.

İyunun 25-də Nyu-Yorkda Meyvezer-Zambidis döyüşünün məhkəmə yolu ilə qadağan edilməsinə dair şifahi dinləmələr keçirilib. Proses zamanı "CSI” təmsilçisi qeyd edib ki, Tayson-Meyvezer qarşıdurması üçün ilkin tarix olaraq sentyabrın 26-sı nəzərdə tutulub. Meyvezer və Pakyao arasındakı tarixi revanşın isə gələn ilin yanvar ayında keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Mayk Tayson sonuncu dəfə 2024-cü ilin noyabrında rinqə çıxıb və hakimlərin yekdil qərarı ilə bloqer-boksçu Ceyk Pola məğlub olub. "Dəmir Mayk”ın aktivində 50 qələbə (44-ü nokautla) və 7 məğlubiyyət var.

Floyd Meyvezer isə sonuncu döyüşünü 2024-cü ilin avqustunda Con Qoti III ilə keçirib. Həmin nümayiş matçında qalib müəyyənləşməyib, çünki reqlamentə əsasən qələbə yalnız nokautla qeydə alına bilərdi. Karyerası boyu məğlubiyyət dadmayan Meyvezerin hesabında 50 rəsmi qələbə (27-i nokautla) mövcuddur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
Azərbaycanda dərs müddəti 30 dəqiqəyə endirilə bilər?
22:32 25.09.2026
Azərbaycanda dərs müddəti 30 dəqiqəyə endirilə bilər?