Kadırov Azərbaycanlı döyüşçünü qonaq çağırdı – FOTOLAR

İDMAN
11:50 10.03.2015
1560
Qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda keçiriləcək
Azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən fəxri qonaq qismində dəvət olunub.
"Mən Çeçenistana fəxri qonaq kimi dəvət olunmuşam, ora həmçinin məşhur döyüşçülər Fabritsio Verdum, Con Cons, Badr Hari də dəvət olunublar", - Z.Səmədov "Report"a bildirib.
Z.Səmədov vurğulayıb ki, onun dəvət olunduğu qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda "Kolizey" kompleksində keçiriləcək.
Z.Səmədov əlavə edib ki, turnirin iştirakçıları "Əhməd" və "Berkut" respublika idman klublarının döyüşçüləri olacaq.
Turnirin keçirilməsinə maddi dəstəyi Çeçenistanın mərhum prezidenti, Rusiyanın milli qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai fond göstərir.
OXŞAR XƏBƏRLƏR