Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu respublikanınəmlak və torpaq naziri təyin edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ramzan Kadırov Çeçenistan hökumətinin iclasını keçirib. O, Çeçenistan Respublikasının yeni baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri Həmzət Kadırovu Nazirlər Kabinetinin üzvlərinə təqdim edib.
26 yaşlı Həmzət Kadırov artıq respublika başçısının köməkçisi, fiziki tərbiyəvə idman nazirivə bələdiyyə dairəsi administrasiyasının rəhbəri olub.
O, həm də respublika baş nazirinin müavinidir.
Ayşən