Ramzan Kadırov Zelenskini ölümlə hədələyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzü davam edərkən, Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov Ukrayna prezidenti Volodimir Zelenskiyə ölüm təhdidlərinin yer aldığı video yayımlayıb.
Polşanı hərbi əməliyyata başlamaqla hədələyən Kadırov bildirib ki, bu dəfə ukraynalılar tezliklə əsl xüsusi əməliyyat görəcəklər.
Kadırov yayımladığı videoda Ukrayna lideri Volodimir Zelenskini də hədəfə alıb:
"Mən Zelenskiyə sonuncu dəfə xəbərdarlıq edirəm! Əllərinizi qaldırın və təslim olun. Əks halda öləcəksən”.
Ötən həftə Kadırov Ukraynanı silahla dəstəkləməyə davam etdikcə Polşaya hücum etməyə hazır olduğunu bildirib.
Ayşən