Kadırovun Türkiyə əleyhinə çıxışı çeçenləri ayağa qaldırdı

DÜNYA
13:28 26.11.2015
2193

Çeçenistanın rəhbəri Ramzan Kadırov Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəsini vurmasından peşman olacağını bildirmişdi.

AZXEBER.COM xəbər verir ki, Kadırovun bu açıqlamasından sonra Çeçenlə sosial şəbəkələrdə onun əleyhinə səhifələr yaradıblar. “Saxta Çeçen, Çeçenlərin üz qarası” deyə başlıqlarla onun şəkillərini paylaşan istifadəçilər ölkə prezidentinin varlığını Türkiyəyə borclu olduğunu yazıblar.

Xatırladaq ki, Kadırov açıqlamasında Türkiyənin bu hərəkətə görə peşiman olacağını demişdi:

“Mən heç şübhə etmirəm ki, Türkiyə törətdiyi əməldən hələ çox peşman olacaq. Hər dəfə dostluq və əməkdaşlıqdan danışanlar belə xain əmələ yol vermirlər”, deyə Kadırov qeyd edib.

Onun sözlərinə görə, Çeçenistan Respublikası və çeçen xalqı Rusiya xalqı Vladimir Putinin istənilən əmrini icra etməyə hazırdırlar.

OXŞAR XƏBƏRLƏR