Kafedən oğurluq anbaan kameraya düşdü - VİDEO

SOSİAL
17:59 15.07.2016
1671

Abşeronun Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi koçkünlərinin məskunlaşdığı şəhərcikdə Zakir Bayramova məxsus kafedə oğurluq hadisəsi törədilib.

AZXEBER.COM Region TV-yə istinadən xəbər verir ki, oğrular kafeyə gecə saatlarında dəmir qapını qıraraq daxil olublar. Buna, obyektə quraşdırılan təhlükəsizlik kameralarının görüntüləri əsas verir.

Zakir Bayramovun sozlərinə görə, bu ilin aprel ayının 12-də kafe qəsdən yandırılıb. Bu zaman da ona külli miqdarda maddi ziyan dəyib. Bu dəfə də oğurluğun baş verməsinin təsadüf olub-olmadığı sual doğurur.

Faktla bağlı Abseron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR