Kafedra müdirinin işdən çıxarılması tələbələrin etirazına səbəb oldu: "Bu qərarla razı deyilik"

Kafedra müdirinin işdən çıxarılması tələbələrin etirazına səbəb oldu: "Bu qərarla razı deyilik"
SOSİAL
13:39 19.05.2017
4944
BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri  Aynur Kərimovanın vəzifəsindən azad edilməsi sosial şəbəkələrdə etiraza səbəb olub.  

AZXEBER.COM xəbər verir ki, vəzifə müddəti bitdiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşdırılan A.Kərimova ilə bağlı sosial şəbəkələrdə tələbələr öz etirazlarını bildiriblər. Onlardan bəziləri müəllimələrinin fotolarını profil şəkili edərək mövcud qərarın haqsızlıq olduğunu qeyd ediblər. 
Tələbələr xanım müəllimənin Jurnalistika fakültəsi üçün son 4 ildə çox böyük işlər gördüyünü yazıblar. 
Keçmiş kafedra müdiri isə açıqlamasında səhhətində problem yarandığını və istirahətə ehtiyacı olduğunu bildirib: "Onlar əslində tələbəm yox, mənim həmkarlarımdır. Onların sözləri, arzuları mənim üçün dəyərlidir. Bir daha əmin oluram ki, deməli, bu ömrü boşuna yaşamıram. Hər kəsə dərin minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, BDU-nun mətbuat xidməti Aynur Kərimovanın kafedra müdirliyindən getməsini keçirilmiş seçki ilə əsaslandırıb. Mətbuat xidməti bildirib ki, bu vəzifə seçkili olduğuna görə hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Həmin kafedranın müdiri vəzifəsini tutmaq üçün 2 nəfər - dosent Aynur Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.

Mövcud təlimata uyğun olaraq, bu məqsədlə fəaliyyət göstərən xüsusi komissiyada gizli səsvermə yolu ilə seçki keçirilib və nəticələrə görə, Allahverdi Məmmədli kafedra müdiri seçilib.





 


 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq