Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi

Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
DÜNYA
14:42 25.06.2026
410
Türkiyənin Kahramanmaraş şəhərində baş verən yanğın faciə ilə nəticələnib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Onikişubat rayonunun Boğaziçi Mahallesi ərazisində yerləşən yaşayış binasında qeydə alınıb.
 
Yanğın barədə məlumat daxil olduqdan sonra hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğın xilasedicilərin müdaxiləsi nəticəsində qısa müddətdə nəzarət altına alınaraq söndürülüb. İlkin məlumata görə, yanğın zamanı əlilliyi olan 3 nəfər həyatını itirib.

Bundan başqa, tüstüdən zəhərlənən 2 nəfər xəstəxanaya çatdırılıb və onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR