İsraillə Livan arasında ABŞ-da keçirilən danışıqlarda irəliləyiş əldə olunub və tərəflər razılaşmaya yaxınlaşıblar.
Bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreynə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
"Düşünürəm ki, biz iki ölkə arasında niyyət öhdəliyinin əldə olunmasına çox yaxınıq”, – ABŞ dövlət katibi bildirib.
ABŞ administrasiyası hesab edir ki, mümkün razılaşma İsrail-Livan münasibətlərində gərginliyin azaldılmasına və sərhəd təhlükəsizliyi məsələlərinin həllinə töhfə verə bilər.











































