Kalaşnikov ayın 26-da dəfn ediləcək

DÜNYA
12:08 24.12.2013
1140

Sürəkli ağır xəstəlik nəticəsində noyabrın 17-də Udmurtiya respublika kliniki diaqnostika mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən atıcı silahın əfsanəvi konstruktoru Mixail Kalaşnikov dekabrın 23-də İjevskdə 95 yaşında vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Udmurtiya rəhbərinin mətbuat katibi Viktor Çulkov öz Facebook səhifəsində yazıb.Mətbuat katibinin məlumatına görə, əfsanəvi konstruktor dekabrın 26-da torpağa tapşırılacaq. Kalaşnikov İjevskdə dəfn olunacaq.Mixail Timofeyeviç Kalaşnikov 10 noyabr 1919-cu ildə Altay vilayətinin Kurya kəndində çoxuşaqlı kəndli ailəsində anadan olub. Onun atası və anası Kuban kəndlilərindəndirlər. Kalaşnikov orduda xidmət etdiyi zaman artıq ixtiraçı olub.1941-ci ildə yaralandıqdan sonra Kalaşnikov Qırmızı Ordunun ehtiyacları üçün tapança-pulemyot layihəsi üzərində işləməyə başlayıb. Kalaşnikovun konstruktor bürosunda döyüş silahının yüzdən çox növü yaradılıb.

OXŞAR XƏBƏRLƏR