Kaliforniya Senatı Azərbaycanın Respublika Günü münasibətilə qətnamə qəbul etdi

Kaliforniya Senatı Azərbaycanın Respublika Günü münasibətilə qətnamə qəbul etdi
SİYASƏT
10:11 07.06.2013
1631

Kaliforniya Ştat Senatının bir sıra üzvləri Azərbaycan Demokratik Respublikasının yaradılmasının 95-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edərək, bu münasibətlə Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.

 Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, 739 saylı qətnamədə Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğu, heç bir ayrı-seçkilik salmadan hamının səsvermə hüququnu, eləcə də hətta ABŞ-dan da öncə qadınların kişilərlə bərabər siyasi hüquqlarını tanıdığı bildirilir. Həmçinin, ADR-in müstəqilliyinin o dövrün aparıcı demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur və ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşdən xoş təəssüratlarla ayrılması xüsusilə vurğulanır. 

Ştat senatorları strateji önəm daşıyan Xəzər bölgəsində yerləşən Azərbaycanı ABŞ-ın güclü müttəfiqi və strateji tərəfdaşı kimi xarakterizə edir və müstəqilliyinin bərpasından ötən son 22 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyini və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyini qeyd edirlər.

Bundan başqa, beynəlxalq terrorçuluğa qarşı mübarizədə və Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın verdiyi töhfələr xüsusi olaraq vurğulanır, Əfqanıstanda Azərbaycan və ABŞ əsgər və zabitlərinin çiyin-çiyinə vuruşduğu diqqətə çatdırılır. 

Sonda Azərbaycanın Kaliforniya ştatı ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və ölkəmizin 2006-cı ildən etibarən bu ştatda baş konsulluq ilə təmsil olunduğu qeyd olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ