Kaliforniyada istilər səbəbilə fövqəladə vəziyyət tətbiq olundu

Kaliforniyada istilər səbəbilə fövqəladə vəziyyət tətbiq olundu
DÜNYA
19:07 18.06.2021
524
Kaliforniya qubernatoru Qavin Nyusom (Gavin Newsom) bölgədə anomal istilər səbəbilə fövqəladə vəziyyət rejimi elan edib.

Kaliforniyanın və qonşu ştatların bir hissəsində bu həftə havanın hərarəti F 118 dərəcəyə, yəni 48 C dərəcəyə çatıb.

Rəsmilər həmçinin əhalini elektrik enerjisinin istehlakını mümkün qədər azaltmağa çağırıblar.

Ötən ilin yayında da anomal istilər zamanı elektrik enerjisinin kəsilməsindən 200 minədək sakin əziyyət çəkmişdi və buna görə ştat rəhbərliyi sərt tənqidlərə tuş gəlmişdi.
 
///Report
OXŞAR XƏBƏRLƏR