Kallas: Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir

Kallas: Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir
DÜNYA
23:55 04.07.2025
524
Dünya hər dəfə sülh əlini uzadarkən Putin (red: Rusiya Prezidenti Vladimir Putin) raketlərlə cavab verir.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X”də yazıb.

O qeyd edib ki, Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir.

"Ukrayna xalqını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyac var", - paylaşımda bildirilir.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya çoxlu sayda raketlə hücum edib, əsas hədəf Kiyev olub.
OXŞAR XƏBƏRLƏR