Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı Kamal Abdullaya ağır itki üz verib. Kulis.Az-ın məlumatına görə Kamal Abdullanın bacısı Cülyetta Məmmədova bu gün səhər saatlarında dünyasını dəyişib. C. Məmmədova məşhur riyaziyyatçı, BDU-nun keçmiş rektoru, AMEA-nın müxbir üzvü Yəhya Məmmədovun (1930-2000) həyat yoldaşı idi. Vida mərasimi bu gün saat 11.00-13.00-da Təzə Pir məscidində keçiriləcək. Allah rəhmət eləsin!