“Kamaz” aşdı, sürücü altında qalıb öldü

“Kamaz” aşdı, sürücü altında qalıb öldü
SOSİAL
16:13 09.02.2025
335
Balakən rayonunda "Kamaz” sürücüsü iş zamanı ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə ötən gün Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində olub.

Belə ki, "Kamaz” markalı beton qarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər Umar oğlu iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində o "Kamaz”ın altında qalaraq aldığı xəsarətdən ölüb.
OXŞAR XƏBƏRLƏR