Kambocanın endirdiyi zərbələr nəticəsində Tailandda 15 nəfər həlak olub

Kambocanın endirdiyi zərbələr nəticəsində Tailandda 15 nəfər həlak olub
DÜNYA
09:39 25.07.2025
174
Kambocanın endirdiyi zərbələr nəticəsində Tailandda 14 mülki şəxs və bir hərbçi həlak olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, 46 nəfər yaralanıb.

Tailandın quru qoşunları komandanlığının cümə günü yayılan bəyanatında bildirilib ki, Tailand və Kamboca qoşunları arasında döyüşlər yeni intensivliklə davam edir. Kamboca tərəfi yaylım atəş sistemlərindən istifadə edərək Tailand ərazisinin dərinliyindəki mülki hədəfləri vurur.

"Tailand qoşunları taktiki vəziyyətə uyğun olaraq adekvat əks tədbirlər görür", - məlumatda qeyd olunub.
 
/Report
OXŞAR XƏBƏRLƏR