Rusiyanın Kamçatkada yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının teleqram kanalında məlumat verilib.
"Klyuçevskoy vulkanı. Kül tullantısının hündürlüyü dəniz səviyyəsindən təxminən 9 min metr yüksəkliyə çatıb”, - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 30-da Kamçatkada baş vermiş 8,7 maqnutudalı güclü zəlzələ iyulun 31-də vulkanda kül tullantısına səbəb olub.
Qeyd edək ki, Klyuçevskoy (Klyuçevskaya Sopka) təxminən 7 min il yaşı olan, hündürlüyü dəniz səviyyəsindən 4688-4750 metr çatan Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Bu, təxminən 700 m diametri olan zirvə kraterinə malik konusvari coğrafi obyektdir. Yamaclarda 80-ə yaxın ikinci dərəcəli partlayış kraterləri və şlak konusları var. Vulkan 4,5 minə yaxın insanın yaşadığı Ust-Kamçatski rayonunun Klyuçi qəsəbəsindən 30 km aralıda yerləşir.