"Kamera var, bıçağı ürəyindən sancdı" - Bakıda dəhşətli qətl

"Kamera var, bıçağı ürəyindən sancdı" - Bakıda dəhşətli qətl
SOSİAL
11:27 18.07.2017
11575

 

Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib. 

AZXEBER.COM ARB TV-yə istinadla xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.

Rizvan Əflatunov (dayısı): "Burada 2 dənə zavodun kamerası var. Hadisə düz kameranın altında baş verib. Vasif dünən toydan gec gəlib yatmışdı. Qapını döyüb Vasifi çağırıb. Çıxan kimi ürəyindən bıçağı sancıb. Anası hay-həşir saldı, xəstəxanaya apardılar. Ora çatan kimi keçindi".

Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb. 

Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR