Kamil Zeynallı: Həcc ziyarəti 6 min dollardır, o pulla nə qədər kasıba yardım etmək olar - VİDEO

MAQAZİN
13:33 30.04.2020
8515
Tanınmış idmançı, son zamanlar yardım kampaniyaları ilə gündəmdə olan Kamil Zeynallı AZXEBER.COM-a müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik: 
 
 
- Kamil bir müddət öncə bizə verdiyin müsahibədə hacıları tənqid etmişdin. Bəs indi vəziyyət necədir, yardım kampaniyana dəstək oldular? 

- Hər il Azərbaycandan 1000 nəfər həcc ziyarətinə gedir. Bu sayı 6 min manata vuranda 6 milyon pul edir. Bu il həcc ziyarətinə gedə bilməyən, həci olmaq istəyənlər Allah yolunda dövlətimizə yardım edərdi. Amma təəssüf ki, o hacılərin çox az adam kömək etdi. Mənə cəmi 3-5 nəfər yardım etdi. Bəlkə də kənarda ediblər. Allah edənlərə can sağlığı versin". 

- Bir müddət öncə kasıb ailələlər üçün ev tikirdin. Sonradan dayandırdın...

- Bu gün mənə ən vaciblisi kasıb ailələri ərzaqla təmin etməkdir. Ev də vacibdir, ancaq karantin dövründə yemək evdən önəmlidir. Ona görə də bu müddətdə ərzaq paylayırıq. Cənab prezidentin sözünə qüvvət "biz birlikdə güclüyük".

- Getdiyin ailələrdə səni kövrəldən nə olub?

- Elə şeylər var ki, özümü güeclə saxlayıram ki, kövrəlməyim. Getdiyim yerlərdə anamla birlikdə keçirdiyimiz çətin günləri görürəm. Bir anlıq içimdə kövrəlirəm. İnsan kasıb da ola bilər varlı da. Əsas odur ki, insan kimi böyüməlidir. O qədər varlı ailələr var ki, imkansız ailələrə yardılm edir. Əsas odur ki, insanlara qarşı içində mərhəmət olsun.
 
- Səncə kasıb böyüməsəydin, kasıbları bu qədər anlayardın?
 
- Kasıbçılığın ən pik nöqtəsini yaşamışam. Niyə gizlədim ki, əksinə o çətinliyi fəxrlə danışıram. Demək istəyirəm ki, Kamil Zeynallı bu həyatda ən pis günləri görüb. İnsanlara fikrimlə stimul verirəm. İşləmək istəyən insan gec-tez uğur əldə edəcək. Bir işə həvəslə yanaşdığında istədiyin nöqtəyə gəlib çata bilirsən. Allah bizi yaradanda başımıza beyin bədənimizə ruh verib ki, özümüzü idarə edib yaşayaq. Bu gün insanın kasıb və ya varlı olması özündən asılıdır. Qohumlarımdan məmur və ya vəzifədə olan yoxdur. Düzgün hərəkətlərimə görə özümə döstlar qazanmışam.

- 1 aydır ananı görümüsən. İlk gördüyündə nə edəcəksən?

- İstədim gedib anamı görüm. Sonradan dedim yox, çünki mən çox insanla təmasda oluram. Elə ola bilər ki, immuniteti güclü olur xəstəliyi gizli keçirir. Bəlkə özümdə olub anama keçirdərəm deyə anamla 1 aydır görüşmürəm. Bəs deyirlər ki, qızın. Qızım da maşallah olsun mənim kimi cin baladır. Anamı görən kimi ilk işim ayaqlarını qucaqlayıb öpmək olacaq.

- Bu günə qədər yardım kampaniyalarına nə qədər pul xərcləmisən?
- Çoxdur, hesablamışam. Ancaq deyə bilərəm ki, 100 mindən çox olub.

Nazim Qasımzadə,
Video: Rüfət Hüseynov


OXŞAR XƏBƏRLƏR

X Mostbet