Kamilənin sözlərinə görə, o, həm aparıcılıq, ifaçılıq, rəqs və aktrisalıq etsə də, onun əsas işi aparıcı olmaqdır: “Əsas peşəm aparıcılıqdır. Amma bir vaxtlar efirdə olmadığım üçün içimdə olan boşluğu ifaçılıqla doldurmaq istəyirdim. Mətbuat konfranslarının birində bəzi jurnalistlər narahatlıqla ifaçılığımla bağlı sual verirdilər: sən də səhnəyə gəldin? Sən də oxuyacaqsan?
Orada artıq söz verdim ki, bu, peşəkar başlanğıcdır və burada maddiyyatı güdmək əsas məsələ deyil. Bu, sadəcə içimdən gələn partlayış idi ki, bunu da etdim. Rəqs isə hobbidir. Rəqslə “Siz”lə danışan insanam. Rəqslər mənim tərcihim olmayıb. Heç o qədər yaxşı rəqs ifaçısı da deyiləm. İçimdə əzm və zəhmətsevərlik var ki, rəqs də hər iki hissin nəticəsində ərsəyə gələn amildir. Bundan əlavə, “Show N1” layihəsində münsiflərin də sevgisini rəqsimlə qazandım. Bəzi anlar olurdu ki, rəqslərimə baxıb razı qalmırdım. Amma münsiflər müəyyən mənada sevgilərini əsirgəmədilər. Buna görə də münsiflərə çox təşəkkür edirəm!"
/// sia