Kamildən Aprel döyüşçüsü ilə bağlı hər kəsi kövrəldən paylaşım - VİDEO

Kamildən Aprel döyüşçüsü ilə bağlı hər kəsi kövrəldən paylaşım - VİDEO
SOSİAL
13:23 10.02.2020
4358
Bu gün səhər saatlarında aprel döyüşlərində yaralanan hərbiçi Qoşqar Hacıyev vəfat edib.

AZXEBER.COM xəbər verir ki, mərhum qazinin cənazənin bu gün xəstəxanadan çıxarılıb.

Məşhur idman ustası Kamil Zeynallı həmin anları lentə alıb. O hər bir vətəndaşı dəfn mərasimə dəvət edib.

Qeyd edək ki, Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb. 

OXŞAR XƏBƏRLƏR