Bu il Azərbaycanın tanınmış filosof və şairlərindən biri olan Seyid Yahya Bakuvinin 550 illiyi tamam olur. Bununla əlaqədar olaraq, YUNESKO 2013-cü ili “Bakuvi ili” elan edib. Şirvanşahlar Saray Kompleksində Seyid Yəhya Bakuvinin “Şəfa əl-əsrar” kitabının təqdimetmə mərasimi keçirilib. Bununla da “Bakuvi ili” çərçivəsində tədbirlərə start verilib.Seyid Yəhya Bakuvi 15-ci əsrdən bütün müsəlman aləmində çox geniş yayılmış xəlvətilik təriqətinin qurucularından biri olub. Tanınmış mütəfəkkirin “Şəfa əl-əsrar” kitabı İslam fəlsəfəsinin nadir əsərlərindən hesab olunur. Əsərdə insanın özünü tanımasının, kamilliyə çatmanın 70 yolundan bəhs edilir.