Kamilo Duranın "Qarabağ"dan gedişi təsdiqləndi

Kamilo Duranın "Qarabağ"dan gedişi təsdiqləndi
İDMAN
14:13 08.07.2026
399
"Qarabağ”ın hücumçusu Kamilo Duran Şotlandiya klubuna transfer olunub.

AZXEBER.COM xəbər verir ki, "Qol.az"ın məlumatına görə, Kamilo Duranın artıq "Seltik" klubunun düşərgəsində olduğu rəsmən təsdiqini tapıb.

Belə ki, Şotlandiyanın "Seltik” klubunun baş məşqçisi Martin O’Nil bu haqda İrlandiyanın "Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına bildirib.

"Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir. Əgər bunu bu axşam (dünən axşam - red.) başa çatdırmasa, sabah səhər tamamlayacaq”, - deyə O’Nil bildirib.

Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm "Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.

Şotlandiya mətbuatının yazdığına görə, "Seltik" bu transfer üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödəyəcək.
OXŞAR XƏBƏRLƏR