Kamran Ağayev: "Kimlərsə "Neftçi"ni çempion etmək istəyirsə, gəlib bizdən xahiş etsinlər"

İDMAN
18:55 03.03.2011
1962

Millimizin qapıçısı qalmaqallı açıqlamalar verib: "Sadıq Sadıqov futbol üçün böyük işlər görür. Elə insanlara ömrümün sonuna qədər minnətdar olacam. Onu və "Neftçi"nin futbolçularını nəzərdə tutmuram. Kimlərsə "Neftçi"ni çempion etmək istəyirsə, gəlib bizdən xahiş etsinlər. Biz 13-14 baş üstün oynayıb, bu vəziyyəti yaradırıq. Allah göydən hər şeyi görür. Sərt danışıramsa, qələt edirəm, üzr istəyirəm. Vicdanları varsa, vicdanla hərəkət etsinlər. Onsuz da bilirik ki, hardasa bizi dayandıracaqlar. Amma mübarizəni davam etdiririk. Allah böyükdü, özü bilən məsləhətdi. Bunlar Anar Salmanovun səhvləri deyil, tamam başqa adamların səhvləridi".

OXŞAR XƏBƏRLƏR