Oyundan nə gözlədiyi barədə sualı K.Ağayev belə cavablandırıb:
"Mən bura qol buraxmağa gəlməmişəm. Nəticə dalınca gəlmişik. Alınacaq, ya yox – zaman göstərər. Bəli, Almaniya aşkar favoritdir və çoxları gözləyir ki, almanlar meydançada bizi vuracaqlar, lakin möcüzə də istisna deyil. Dəqiq bilirəm ki, onlara asan təslim olmayacağıq”.
Qeyd edək ki, Almaniya-Azərbaycan matçı sabah, oktyabrın 8-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
///azerisport.com