Kamran Ağayev: 'Haqqımızı yeyirlər..'

İDMAN
00:08 27.03.2012
1635
“Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra qonaq komandanın qapıçısı Kamran Ağayev sərt ittihamlar səsləndirib.
 Apasport.az saytının xəbərinə görə, matçın final fitindən sonra futbolçular paltardəyişmə otağına yollanarkən təcrübəli qolkiper meydançanın kənarına gələrək bəzi ifadələr işlədib (Sport Ekspress).Üzünü klubun icraçı direktoru Höccət Hacıyevə tutan millimizin əsas qapıçısı "Xəzər Lənkəran"nın haqqının yeyildiyini bildirib: “Höccət müəllim, “Neftçi” heç vaxt bizi təmiz oyunla uda bilməz. Haqqımızı yeyirlər”.Həmin vaxt "Neftçi" və "Xəzər Lənkəran"nın prezidentləri də orada olublar.

OXŞAR XƏBƏRLƏR