Kamran Ağayev: 'Mahirə nəyin nə olduğunu görüşəndə başa salacam' - MÜSAHİBƏ

Kamran Ağayev:
İDMAN
14:05 22.02.2012
2065
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin müsahibəsi
- Siz “Qəbələ” ilə matçda niyə oynamadınız?
- Temperaturum var idi. Mən ümumiyyətlə, bu oyunun iştirak ərizəsinə salınmamalıydım. Amma üçüncü qapıçımız sarı vərəqə limitinə görə bu oyunu buraxmalıydı. Buna görə də mənim ən azından ehtiyat oyunçular skamyasında oturmağıma ehtiyac var idi.
- Bu, sizin millimizin qarşıdakı toplanışında iştirakınıza mane olmayacaq ki?
- O vaxta kimi özümə gələrəm.
- Ötən il siz zədə üzündən iki dəfə komandanızın oyununda iştirak etmədiniz. Hər ikisində də komandanız uduzdu və məğlubiyyətdə əsas günahkar siz hesab olunurdunuz...
- Düzünü desəm, bu dəfə də məni günahlandıracaqlarından qorxurdum. Kamal Bayramov bu oyunda həqiqətən komandanın yarısı idi. Onun bu görüşdəki çıxışı çox xoşuma gəldi.
- Bəs sizinlə Mahir Şükürov arasında nə baş vermişdi? Axı siz ehtiyat oyunçular skamyasında, o isə meydanda idi...
- Bir epizoddan sonra mən hakimə yaxınlaşdım. Mahir isə mənimlə söyüşlə danışdı. Mən də bunu elə-belə qarşılamadım.
- Oyundan sonra da siz bir-birinizə yaxınlaşdınız...
- O, öz hərəkətlərinə fikir verməlidi. Mahir öz komandası üçün çalışır, mənsə öz komandam üçün. Əgər mən hakimə yaxınlaşıb nəsə irad bildirirəmsə, bu, Mahirə mənimlə elə kəskin danışmasına heç bir əsas vermir.
- Siz ki, tezliklə Azərbaycan yığmasının heyətində bir araya gələcəksiz...
- Görüşəndə onu başa salacam, nə nədi.
- Berti Foqtsun yanında?
- Birinci dəfə deyil. Mübahisə onun gözü önündə oldu. İş zamanı mübahisələr də olur. Həm də mən artıq sakitləşmişəm. “Qəbələ”yə məğlubiyyətə görə üzülürəm. Biz çempionluğa oynayırıq və belə xal itkiləri heç də arzuolunan deyil. Uduzuruq, sonra liderlərə çatmağa çalışırıq. Hakim bu oyunda Mahirə ikinci sarı vərəqəni verməyə borclu idi. Mən başa düşmürəm, qayda pozuntusuna yol verən futbolçu necə cəzalanmaya bilər?
- Qarşıda sizi 10 günlük Dubay toplanışı gözləyir...
- Bu, DM-2014-ün seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır. Odu ki, toplanışa ciddi yanaşmalıyıq. Çoxları deyir ki, Hindistan, Sinqapur və Fələstin yığmaları elə də güclü komandalar deyil. Mən bununla razı deyiləm. Yoxlama oyunu Afrikada da yoxlama oyunudu. Bu oyunlarda hazırlaşmaq lazımdı.
azerisport.az
OXŞAR XƏBƏRLƏR