xari

Kamran Ağayev qovuldu, "Sumqayıt" "Səbail"i darmadağın etdi

İDMAN
19:10 13.02.2021
700
Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə start verilib.

XV turun açılış matçında "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gəlib.

"Kapital Bank Arena"da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk topu 26-cı dəqiqədə Murad Xaçayev vurub. Bundan 7 dəqiqə sonra Tellur Mütəllimov baxımlı qola imza atıb.

55-ci dəqiqədə Peyman Keşavarzi qırmızı vərəqə alaraq qonaq komandanı azlıqda qoyub. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Əli Qurbani qoyub.

"Səbail" oyunu 9 nəfərlə başa vurub. 90+5-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.

Bu qələbə sayəsində "Sumqayıt" xalını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. "Səbail" isə 13 xalla 6-cıdır.

Qeyd edək ki, bu günün digər matçında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq. Fevralın 14-də isə "Qəbələ" "Keşlə"ni, "Zirə" "Sabah"ı qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:10 07.03.2021

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır? – Hacı Şahin aydınlıq gətirdi

12:56 07.03.2021

Müdafiə Nazirliyindən vaksinasiya olunan hərbi qulluqçularla bağlı - Açıqlama

12:45 07.03.2021

"Azərbaycan qadın hüquqlarına dəyər verən dövlətlər arasında öndə gedir" - Ruhi Əliyeva "Azərbaycan" qəzetində

12:31 07.03.2021

“Yoluxma sayının artmasını böyütməyək”

12:19 07.03.2021

Ermənistanlı keçmiş hərbçi: “Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” - VİDEO

12:06 07.03.2021

Vilayət Eyvazov rəisi işdən çıxarıb yeni vəzifə verdi

11:56 07.03.2021

Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu

11:14 07.03.2021

Türkiyə xəbərdarlıq etdi: İcazə verilməməlidir!

10:57 07.03.2021

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə peyvəndlə bağlı kommünike qəbul edilib

10:40 07.03.2021

İşğaldan azad edilmiş Füzuli rayonunun Qarakollu kəndi - VİDEO

10:38 07.03.2021

Qarabağa ilk onlar qaytarılacaq - VİDEO

10:31 07.03.2021

Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

00:07 07.03.2021

Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı

23:25 06.03.2021

Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı

23:05 06.03.2021

"Qürurlu tariximiz!"

22:48 06.03.2021

ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb