Kamran Əliyev: "İkinci Qarabağ müharibəsindən sonra 150-yə yaxın şəxsin meyiti aşkarlanıb"

Kamran Əliyev: "İkinci Qarabağ müharibəsindən sonra 150-yə yaxın şəxsin meyiti aşkarlanıb"
SİYASƏT
10:20 01.10.2021
533
"Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin tapılması istiqamətində də fəaliyyətimiz davam edir".

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Bu işdə aidiyyəti dövlət qurumları və digər ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əməkdaşlıq edirik. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 150-yə yaxın şəxsin meyitini aşkar etmişik. İşğaldan azad olunmuş ərazilərdən onların meyitlərini tapmışıq. Qarşı tərəf də bizə bəzi meyitləri təhvil verib. Bu istiqamətdə də işlər davam etdirilir", - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR