Yol polisinə görə maşınını yandıran Qarabağ əlili ilə bağlı — AÇIQLAMA

Yol polisinə görə maşınını yandıran Qarabağ əlili ilə bağlı  — AÇIQLAMA
SOSİAL
18:43 14.12.2016
1453

 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Qax rayon sakini, Qarabağ qazisi Bəxtiyar Bayramovun öz avtomobilini yandıraraq, yol polisini ittiham etməsinə münasibət bildirib.

K.Əliyev açıqlamasında bildirib ki, sözügedən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə cərimə olunub:

"Nə avtomobili, nə də sürücülük hüququ onun əlindən alınmayıb. Çünki sürücülük vəsiqəsi yoxdur. Bu ilin yayında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol-nəqliyyat hadisəsi törətdiyinə görə Qax Rayon Məhkəməsi tərəfindən 400 manat cərimə olunması barədə qərar çıxarılıb. Cəriməni vaxtında ödəmədiyinə görə həmin məbləğin üzərinə də dəbbə gəlib. Dəbbə pulu ilə birlikdə 640 manat məbləğ təşkil edib. Vətəndaşın hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm. Bizim Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, xüsusilə də əlillərə böyük hörmətimiz var. Amma Qarabağ əlili də düzgün hərəkət etməyib. Yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükədə qoyub. O avtomobil yanan vaxt istənilən an partlayışa səbəb ola bilərdi. Onun partlaması nəticəsində digər insanlar da xəsarət ala bilərdilər. Məsələ burasındadır ki, həmin şəxs məhkəmənin qərarıyla sürücülük hüququ olmadığına görə cərimə olunub. Məhkəmənin qərarı onda icra olunur ki, rəsmi qaydada həmin qərar yol polisinə daxil olsun. Bunu sivil formada da həll etmək olardı. Sadəcə, məhkəmənin qərarını gözləmək lazım idi".

Xatırladaq ki, B.Bayramov idarə etdiyi 16-BA-253 dövlət qeydiyyat nömrə nişanlı "VAZ 2109” markalı avtomobilini yandırıb və bunu yol polisinin ona qarşı haqsızlığıyla əlaqələndirib. Qarabağ qazisi həmçinin Qax rayon DYP-nin rəisi Ayaz Məmmədovu və əməkdaşlarını rüşvətdə ittiham edib. (Ölkə.Az)


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov