"Space" telekanalında yayımlanan "Onda başladıq" verilişinin canlı yayımında gərgin anlar yaşanıb. AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Kamran Həsənli aktrisa Zümrüd Qasımovanı özünü tərifləməkdə qınayıb: "Bayaqdan fikir verirəm, bir cümlədə səkkiz dəfə "mən" demisiniz. Ancaq biz yaradıcı insanların mövzu qıtlığından, yəni mövzumuzdan danışmalıyıq". Aktrisa isə aparıcıya belə cavab verib: "Mən özümdən danışmalıyam da. Yalandan durub biz deyə bilmərəm ki. Başqasından danışmalıyam?"