Kamran Quliyev vəzifəsindən azad edildi

İDMAN
12:59 24.07.2023
476
Kamran Quliyev "Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə "Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
OXŞAR XƏBƏRLƏR