Kanada millisinin futbolçusu “Marsel”ə transfer olunub

Kanada millisinin futbolçusu “Marsel”ə transfer olunub
DÜNYA
19:17 03.07.2024
143
İngiltərənin "Uotford” klubunun və Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone Fransa təmsilçisi "Marsel”ə transfer olunub.

22 yaşlı futbolçu tibbi müayinədən uğurla keçərək, müddəti açıqlamayn müqavilə imzalayıb.

Transfer Fransa klubuna bonuslar daxil olmaqla 17,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, İ.Kone 2023-cü ilin əvvəlində "Monreal" klubundan "Uotford"a keçib. O, ötən mövsüm Çempionşipdə 42 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Kanada millisinin heyətində 21 oyunda 2 qol vurub.
 
///Report
OXŞAR XƏBƏRLƏR