Kanada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı 10 məmur, oliqarx və siyasi rəhbərliyə yaxın olan digər şəxslərə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Bunu Kanadanın Baş naziri Castin Trüdo martın 7-də Londonda keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, siyahıya ölkə prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, rusiyalı teleaparıcı Vladimir Solovyov, "Russia Today” şirkətinin rəhbəri Marqarita Simonyan və "Birinci kanal”ın sədri Konstantin Ernst, oliqarx Oleq Deripaska, Rusiyanın səhiyyə naziri Mixail Muraşko, Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev, Dövlət Duması deputatı Pavel Kraşeninnikov həmçinin Viktor Qavrilov və Dmitri İvanov adlı şəxslər daxil edilib.