Kanada Çubaysa qarşı sanksiyaları LƏĞV ETDİ

Kanada Çubaysa qarşı sanksiyaları LƏĞV ETDİ
DÜNYA
14:56 29.08.2026
247
Kanada hökuməti "Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın müraciətini təmin edərək ona qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

AZXEBER.COM Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə "Canada Gazette” məlumat yayıb.

Məlumata görə, Kanadanın xarici işlər naziri Anita Anand Çubaysdan sanksiya siyahısından çıxarılması ilə bağlı müraciət alıb. Hökumət müraciətdə məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi üçün kifayət qədər əsasların təqdim olunduğunu bildirib.

Kanada tərəfi qeyd edib ki, şəxslərin sanksiya siyahısından çıxarılması mexanizmi məhdudiyyətlərin ədalətli və əsaslandırılmış şəkildə tətbiqi baxımından vacib hesab olunur.

Xatırladaq ki, Kanada Anatoli Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyununda tətbiq etmişdi.

Qeyd edək ki, A.Çubays Ukraynadakı hərbi əməliyyatlara etiraz etmişdi. 
OXŞAR XƏBƏRLƏR