Kanada Ukraynaya 600 milyon dollar hərbi yardım ayrılmasını təsdiqləyib

DÜNYA
18:37 11.12.2024
213
Kanada parlamentinin İcmalar Palatası (aşağı palatası) Ukraynaya 764 milyon Kanada dolları (təxminən 600 milyon dollar) hərbi yardımı ayrılmasını təsdiqləyib.

Bu barədə Ukrayna Baş naziri Denis Şmiqal "X” platformasındakı paylaşımında bildirib.

"Paketə həmçinin Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi hesabından 400 milyon Kanada dolları məbləğində maliyyə yardımı və humanitar minatəmizləmə və kiber davamlılığın gücləndirilməsi üçün 45 milyon Kanada dolları məbləğində maliyyə yardımı daxildir".-deyə o, paylaşımında bildirib.
 
///apa

OXŞAR XƏBƏRLƏR