Kanadada avtomobil kütlənin üzərinə sürülüb, 8 nəfər ölüb

Kanadada avtomobil kütlənin üzərinə sürülüb, 8 nəfər ölüb
DÜNYA
12:00 27.04.2025
294
Vankuverdə festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində 1-i uşaq olmaqla, 8 nəfər ölüb.

Bu barədə "Global News” məlumat yayıb.

Hadisə nəticəsində 6 nəfər yaralanıb.

***

saat 09.31

Kanadada avtomobil kütlənin üzərinə sürülüb.

Hadisə Vankuverdə qeydə alınıb.

Vankuver polisi festival keçirilən küçədə avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin və yaralananların olduğu barədə məlumat yayıb.

Avtomobilin sürücüsü saxlanılıb.
OXŞAR XƏBƏRLƏR