Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava limanının səlahiyyətliləri həyəcan vəziyyətinə gətirilib.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) bomba hədələri səbəbindən Kanadanın iki böyük şəhərində beynəlxalq hava limanlarına uçuşları müvəqqəti olaraq dayandırıb.
Təhlükəsizlik protokolları qüvvəyə minərkən, hər iki hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Yarım saatlıq fasilədən sonra yoxlamalar nəticəsində təhlükənin olmadığı və uçuşların normallaşdığı açıqlanıb.
Gülay