Dekabr ayında Kanadada “Beynəlxalq Muğam festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, festivalda Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımov çıxış edəcək. Xalq artisti ilə birgə Kanadada tanınmış rəqqas olan Saşar Zarif birgə şou təqdim edəcəklər. Muğamat ilə rəqsin sintezi ilə təqdim ediləcək konsertdə 70 yaşlı rəqqas xanım Mimi Beik də çıxış edəcək.İlk dəfə olaraq keçirilən festivalın konserti dekabrın 21-də baş tutacaq. Xalq artisti 16-23-də Kanadada olacaq.