Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verən meşə yanğınları səbəbindən 35 min insan təxliyə edilib.
AZXEBER.COM xəbər verir ki, Kanadanın qərbində Britaniya Kolumbiyası əyalətində baş verən meşə yanğınları səbəbindən 35 min nəfərin təxliyyə qərarı verilib.
Britaniya Kolumbiyası hökumətinin bəyanatında deyilir: "Britaniya Kolumbiyasındakı yanğınlar bir çox bölgələrə təsir edir. Əgər meşə yanğınlarından təsirlənən ərazidə yaşayırsınızsa, evakuasiya ehtimalına hazır olun. Evakuasiya xəbərdarlığı və ya əmr arasındakı fərqi bilin. Zəhmət olmasa çox zərurət olmadıqca əyalətin mərkəzinə və cənub-şərqinə səyahət etməyin”.
Kanada mediası 36 min nəfər üçün təxliyə xəbərdarlığının edildiyini və yanğınların gedişindən asılı olaraq bu insanlara təxliyə əmrinin verilə biləcəyini yazıb.
Gülay