Kanadadakı Azərbaycan Evinə hücum edildi

Kanadadakı Azərbaycan Evinə hücum edildi
Siyasət
13:17 20.09.2023
122
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub.

Bu barədə AZXEBER.COM-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Komitənin "qaynar xətti"nə Toronto Azərbaycan Evindən məlumat daxil olub.

Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
OXŞAR XƏBƏRLƏR