Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini aradan qaldırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kanada Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına qarşı 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olduğu üçün Türkiyəyə silah embarqosu qoyub.
Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətləri üçün ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.
Hökumətin rəsmi internet saytında ixracatçı şirkətlərə edilən açıqlamada məhdudiyyətlərin artıq qüvvədə olmadığı bildirilib.
Gülay