Türkiyənin "Kanal D" telekanalı nümayişinə bu mövsümdən başlanacaq iki serialın yayım tarixlərini açıqlayıb. Anspress-in TelevizyonGazetesi.com saytına istinadən verdiyi məlumata görə, yeni mövsümün ən çox maraq doğuran seriallarından olan "Bir çocuk sevdim" sentyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da, əvvəlcədən cümə günləri yayımlanacağı gözlənilən "Quzey Güney" isə sentyabrın 7-də Bakı vaxtı ilə saat 22:00-da nümayiş olunacaq. "Bizim yenge" serialının da yayım günü dəyişdirilib. Bu serial sentyabrın 3-dən etibarən şənbə günləri Bakı vaxtı ilə saat 22:00-da nümayiş etdiriləcək